Bərdə terrorunda ölən FHN işçisinin adı bilindi
29 Oktyabr 2020 17:02 ProblemBərdə terroru zamanı ölən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşının kimliyi bəlli olub.
Olaylar.az xəbər verir ki, Nazirlikdən məlumata görə, bu, 1991-ci il təvəllüdlü Rəşad Şəfiyev Vaqif oğludur.
Həmçinin, 1999-cu il təvəllüdlü Aydın Əliyev Firudin oğlu yaralanıb. Hər iki şəxs dünən Bərdəyə atılan raket atışı zamanı mülki əhali üçün xidməti vəzifəsini yerinə yetirirdi.
Qeyd edək ki, yaralanan Aydın Əliyevin vəziyyəti normaldır və həyatı üçün təhlükə yoxdur.(Oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31