Düşmən Bərdə şəhərini raket atəşinə tutub, ölən və xəsarət alanlar var- MN (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
28 Oktyabr 2020 14:16 ProblemHumanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
XXX
Ermənilər Bərdəni yenidən raket atəşinə tutub.
Olaylar.az-ın məlumatına görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.
Hikmət Hacıyev Tvitter səhifəsində Bərdənin atəşə tutulmasında yazıb. Bildirib ki, Tərtərdən sonra Bərdəyə də raket hücumu həyata keçirib:
"Ermənilər mülki şəxslərin dünənki qətlindən heç bir dərs çıxarmır".



![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31