Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
28 Oktyabr 2020 11:42 ProblemErmənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat açıqlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə bu saatadək:
Həlak olmuş şəxslərin sayı - 69
Yaralanmış şəxslərin sayı - 322
Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı- 2338
Yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı - 92
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 415-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31