Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib

Azərbaycan ordusu Qarşı hücum əməliyyatı zamanı əks-həmlə əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin daha bir yüksək rütbəli hərbçisini məhv edib.

Olaylar.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, məhv edilən şəxs - 1978-ci ildə Gürcüstanın Cavaxeti regionunun Ninotsmindsk rayonunun Orocalar kəndində anadan olan podpolkovnik Aşot Çobanyandır.

Məlumata əsasən, A.Çobanyan 22 il Ermənistan ordusunda xidmət edib və bir neçə il əvvəl pensiyaya çıxıb. O oktybarın 15-i Azərbaycan ordusu tərəfindən məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31