Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - MN
Ermənistan silahlı qüvvələrinin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib.
20 Oktyabr 2020 09:43 ProblemErmənistan silahlı qüvvələrinin muzdlulardan ibarət "Legion" dəstəsi döyüşməkdən imtina edib.
Olaylar.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion" dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib.
Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31