Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutdu, jurnalist yaralandı

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı xəsarət alıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı xəsarət alıb.

Trend-in cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, jurnalsit Anar Şuşalı çəkiliş zamanı ermənilərin atəşinə tuş gəlib. Hadisə nəticəsində Anar Şuşalı ayağından iki qəlpə yarası alıb. Jurnalist xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31