Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu: 3 ölü, 3 yaralı var
Erməni hərbi birləşmələri Tərtər şəhər qəbirstanlığında dəfn mərasiminin iştirakçılarını atəşə tutub
15 Oktyabr 2020 13:53 ProblemErməni hərbi birləşmələri Tərtər şəhər qəbirstanlığında dəfn mərasiminin iştirakçılarını atəşə tutub.
Trend-in cəbhə bölgəsində olan müxbirinin məlumatına görə, hadisə dəfn mərasimi zamanı baş verib.
Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub. Hadisə nəticəsində mərasim iştirakçılarından 3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31