Erməni təxribatı nəticəsində ölən mülki əhalinin sayı 43 oldu - Baş Prokurorluq

Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Olaylar.az xəbər verir ki, Baş Prokurorluqdan  verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 dinc sakin ölüb.

Hadisələr nəticəsində 214 nəfər xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası, 277 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31