Baş Prokurorluq: Erməni təxribatı nəticəsində ölən dinc sakinlərin sayı 42-yə çatdı
Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.
13 Oktyabr 2020 12:41 ProblemAzərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.
Olaylar.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 nəfər dinc sakin ölüb.
Hadisələr nəticəsində 206 nəfər sakin xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası, 241 mülki obyekt isə yararsız vəziyyətə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31