Gəncədə dağıntılar altında qalan azyaşlının vəziyyəti yaxşıdır - VİDEO
Gəncədə düşmənin raket hücumu nəticəsində dağılan binadakı mənzillərdən birində hərbçi ailəsi yaşayırdı.
12 Oktyabr 2020 15:14 ProblemGəncədə düşmənin raket hücumu nəticəsində dağılan binadakı mənzillərdən birində hərbçi ailəsi yaşayırdı.
Məlumata görə, dağılan binadakı mənzillərdən biri 3 yaşlı Məryəmgilin evi olub. Məryəm və Aylin adlı uşaqların atası Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərimizdən biridir.
Hadisə zamanı 3 yaşlı Məryəm baş nahiyəsindən xəsarət alıb. Həkimlər tərəfindən müayinə edilən balaca qızcığazın vəziyyəti yaxşıdır.
Müxbirimizlə qısa söhbət zamanı Aylin bacısının yaxşı olduğunu deyib.
Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31