Ermənilər kömək diləyir: canlı qüvvə və maliyyələri tükənib

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan dünyada yaşayan ermənilərə müraciət edib.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan dünyada yaşayan ermənilərə müraciət edib.

Olaylar.az xəbər verir ki, o, feysbuk hesabında yayımladığı müraciətdə hər kəsi Qarabağ münaqişəsində vuruşmağa səsləyib.

"Hər birinizin özünüzü bizim kimi - bir döyüşçü kimi hiss etməsini istəyirəm, hər birinizin öz səngərinizdə olmasını və öz döyüşünüzü aparmağınızı istəyirəm".

O, Ermənistan ordusuna yardım etməyi də xahiş edib: "Xaricdəki soydaşlarımızdan hər gün məktub alıram. Soruşurlar: necə kömək edə bilərlər, nə göndərilməlidir? Bu yardımın ünvanlı bir variantı var - Hayastan Ümumerməni Fonduna ianə etməlisiniz".

Düşmənin Müdafiə Nazirliyinin nümayəndəsinin belə bir müraciət yayması göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin darmadağın etdiyi Ermənistan ordusunun canlı qüvvə çatışmazlığı var və maddi təminatı tükənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31