Yüksək rütbəli erməni zabiti Azərbaycan əsgərindən qaça bilmədi - “Pikap”ı qənimət götürüldü - VİDEO
Xəbər verdiyimiz kimi düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası Azərbaycan ordusu tərəfindən qənimət götürülüb.
7 Oktyabr 2020 14:00 ProblemXəbər verdiyimiz kimi düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası Azərbaycan ordusu tərəfindən qənimət götürülüb.
AzTV-nin cəbhə bölgəsinə ezam olunmuş müxbiri bildirib ki, onlar arasında Ermənistan ordusunun yüksək rütbəli zabitinə məxsus olduğu ehtimal edilən "Pikap" tipli avtomobil də var:
"Həmin avtomobil arxadan vurulub. Bu da onu göstərir ki, həmin erməni zabit öz döyüşçülərini postda qoyub və qaçıb. Lakin Azərbaycan ordusunun hərbçiləri həmin avtomobili arxadan vuraraq ələ keçiriblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31