Müdafiə Nazirliyi erməni təxribatının üstünü açdı - MÜRACİƏT

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti nazirlik adından saxta hesab açılması barədə məlumat yayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti nazirlik adından saxta hesab açılması barədə məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb: "Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:
https://twitter.com/wwwmodgovaz"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31