Ermənilərin Ağdama atdığı mərmi obyektləri dağıtdı - FOTO
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəboyu əraziləri yenidən atəşə tutulub.
6 Oktyabr 2020 13:46 ProblemErmənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəboyu əraziləri yenidən atəşə tutulub.
Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, düşmən yenidən mülki əhalini hədəf alır. Belə ki, ermənilərin atdığı mərmilərdən biri Ağdam rayonu ərazisində yerləşən, Barat Abuşova məxsus marketin qarşısına düşüb.
Nəticədə bir neçə obyekt dağılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Məqaləyə dair fotomateriallar:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31


