Ermənistan tərəfindən 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb
“27 sentyabr tarixindən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxslərini və mülki infrastrukturunu məqsədyönlü şəkildə hədəfə alır”.
5 Oktyabr 2020 12:47 Problem"27 sentyabr tarixindən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxslərini və mülki infrastrukturunu məqsədyönlü şəkildə hədəfə alır". "Olaylar" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyiv. Əlavə edib ki, Ermənistan tərəfi ənənəvi şəkildə yenə də yalan və iftiraya əl atır ki, guya azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almır. Halbuku, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyekt, infrastruktur dağıdılıb.