Hikmət Hacıyev: Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər biz mübarizəmizi davam etdirəcəyik

Ermənilər xarici jurnalistləri yığaraq şou düzəldirlər, dünyaya yalan məlumatlar verməyə çalışırlar.

Ermənilər xarici jurnalistləri yığaraq şou düzəldirlər, dünyaya yalan məlumatlar verməyə çalışırlar.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, ermənilər mülki əhalini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcəklər: "Azərbaycan xalqının əzmi yüksəkdir və hər kəs Azərbaycanın Ali Baş Komandanı ətrafında sıx birləşib. Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər biz mübarizəmizi davam etdirəcəyik".

H.Hacıyev əlavə edib ki, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31