Düşmən bölgələrimizi bu raketlərlə atəşə tutub - RƏSMİ
"Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini xüsusilə “Smerç” və “Toçka-U” kimi raketlərdən atəşə tutur".
4 Oktyabr 2020 14:40 Problem"Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini xüsusilə "Smerç" və "Toçka-U" kimi raketlərdən atəşə tutur".
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, "Smerç" raketlərinin başlığı kasset bombalarla təhciz olunur ki, dağıntılar daha çox olsun.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.