Düşmənin daha 5 hərbi texnikası ələ Keçirildi
Cəbhədə gərgin döyüşlər davam edir
3 Oktyabr 2020 21:50 ProblemCəbhədə gərgin döyüşlər davam edir.
Olaylar.az xəbər verir ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən yenə də geri çəkilib və hərbi texnikalarını ataraq qaçıb.
Hərbçilərimiz ermənilərin daha bir neçə hərbi texnikasını - 4 "KamAZ" və 1 "QAZ-54" markalı avtomobil hərbi qənimət kimi ələ keçirib.
Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.
Hərbi texnikaların hamısı işlək vəziyyətdədir.
Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi. //Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31