Azad olunan Madagiz haqda önəmli Faktlar

Xəbər verdiyimiz kimi, Madagiz Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Şad xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev Tvitter səhifəsində elan edib.

Xəbər verdiyimiz kimi, Madagiz Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Şad xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev Tvitter səhifəsində elan edib.

Olaylar.az-ın məlumatına görə, vaxtilə Ağdərə rayonu inzibati ərazisinə daxil olan Madagiz (Suqovuşan) Tərtər rayonunun kəndlərindən biridir.

1992-ci ildə ləğv olunan Ağdərə rayonunun ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Madagiz isə Tərtər rayonuna birləşdirilib.

Madagiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31