Kanadada yaşayan soydaşlarımızdan BƏYANAT
Kanadada yaşayan soydaşlarımız erməni təxribatına etiraz olaraq hökumət numayəndələrinə, parlament üzvlərinə və digər yerli səlahiyyyətli şəxslərə bəyanatlar ünvanlayıb
3 Oktyabr 2020 12:06 ProblemKanadada yaşayan soydaşlarımız erməni təxribatına etiraz olaraq hökumət numayəndələrinə, parlament üzvlərinə və digər yerli səlahiyyyətli şəxslərə bəyanatlar ünvanlayıb.
Olaylar.az xəbər verir ki, bəyanatlarda Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayət faktları sadalanıb, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmədiyi, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, təxribatçı hərəkətlərini davam etdirməklə regionda daha da təhlükəli vəziyyət yaratdığı qeyd edilib. Dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çağırış edilərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarılmasına təsir göstərilməsi istənilib.