“Onlar dinc əhalini atəşə tuturlar” – Atəş altında qalan Ağdam sakini - VİDEO
Ağdamda evlərə mərmi düşüb.
1 Oktyabr 2020 14:15 ProblemAğdamda evlərə mərmi düşüb.
Baku Tv xəbər verir ki, Ermənistan tərəfi cəbhəyanı kəndləri artilleriya atəşinə tutmağa davam edir.
Zərərçəkmiş Ağdam sakininin sözlərinə görə onlar dinc əhalini atəşə tuturlar. O bildirib ki, yaşadığı ev tamamilə yararsız hala düşüb:
"Gecə saatlarında gəlib bura düşdü, buradan da məktəbə ziyan dəydi. Onlar kəndi, dinc əhalini atəşə tuturlar".
Bundan başqa kəndin məktəbinə də ciddi ziyan dəyib. Digər zərərçəkmiş şəxsin sözlərinə görə isə, yatdığı yerdə evə mərmi düşüb. Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31