Ermənilər Ağdama top mərmisi atıb, evlərə ziyan dəyib

Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1979-cu il təvəllüdlü Həsənov Elçin Əli oğlunun evi top mərmisindən dağılıb. 

Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1979-cu il təvəllüdlü Həsənov Elçin Əli oğlunun evi top mərmisindən dağılıb. 

Olaylar.az-ın xəbərinə görə, saat 01:46-da Birinci Baharlı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Əhmədov Sabir Qulu oğlunun evi düşən mərminin təsirindən zərər çəkib. 

Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1950-ci il təvəllüdlü Behbudov Allahverdi Məhəmməd oğluna məxsus 200 ədəd ot bağlaması mərmi nəticəsində yanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31