Türkiyəli nazir: “Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq”

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı baş tutub

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı baş tutub. "Olaylar"ın məlumatına görə,  bu barədə F. Qoca "Twitter" hesabında məlumat verib. Danışıqlar zamanı türkiyəli nazir Ermənistanın insanlıqdan kənar hücumu nəticəsində ölənlərə görə azərbaycanlı həmkarına başsağlığı verib: "Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31