Füzulidə şiddətli döyüş gedir: 4 erməni tankı məhv edildi
29 Sentyabr 2020 09:21 ProblemSentyabrın 29-u səhər saatlarından etibarən Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.
Hazırda döyüşlər davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31