Bakı metrosunda sərnişinlər evakuasiya olundu

Sərnişinlər “İnşaatçılar” stansiyasında vaqonlardan boşaldılıb

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi xəbərə görə buna, "İnşaatçılar" stanisyasında qatarlardan birinin sistemində yaranmış nasazlıq səbəb olub. Məlumata görə, sərnişinlər "İnşaatçılar" stansiyasında vaqonlardan boşaldılıb.
Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə bildirib ki, ilkin ehtimala görə, problemə səbəb qatarın əyləc sistemində yaranmış nasazlıq olub. Sərnişinlər düşürüldükdən sonra qatar depoya göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31