Ələt-Astara yolunda 60 sürücü tətilə başladı - PROBLEM
İşçilər “Todini” şirkətinin özbaşınalıqlarına etiraz edir
29 Aprel 2013 13:03 ProblemAzərbaycanda yol tikintisində çalışan 60 sürücü etiraz aksiyasına başlayıb. Bu barədə "OLAYLAR"a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, tətilə başlayan sürücülər Ələt-Astara yolunun tikintisində çalışanlardır. Onlar tikintini həyata keçirən İtaliyanın "Todini" şirkətindən əmək haqlarını tələb edirlər. Mirvari Qəhrəmanlı bildirir ki, sürücülərin tətil etməsinə səbəb onların iki aydır ki, əmək haqqı ala bilməməsidir. Şirkət işçiləri artıq iş saatında işləməyə məcbur etsə də, onların qanuni əmək haqlarını belə vermir. İşçilər də bayram və istirahət günlərinin işlədilməsinə, əmək haqlarının verilməməsinə və sair məsələlərlə bağlı tətilə başlayıb. Tətil aprelin 29-dan başlanıb.
Mirvari Qəhrəmanlı deyir ki, həmin şirkətdə işləyən sürücülərin əmək haqları 170-220 manatdır.