Millət vəkili sakinlərin hansı problemini həll edib?

Millət vəkili Müşfiq Məmmədlinin  müraciəti əsasında Sumqayıt şəhər, Saray bağları 5-ci dayanacaq adlanan ərazidə uzun müddətdir ki, yığılıb qalan məişət tullantıları təmizlənib.

Millət vəkili Müşfiq Məmmədlinin  müraciəti əsasında Sumqayıt şəhər, Saray bağları 5-ci dayanacaq adlanan ərazidə uzun müddətdir ki, yığılıb qalan məişət tullantıları təmizlənib. "Olaylar"ın məlumatına görə, millət vəkili bu kimi tədbirlərin davamlı olacağını bildirib: "Sumqayıt şəhər, Saray bağları 5-ci dayanacaq adlanan ərazidə uzun müddətdir ki, yığılıb qalan məişət tullantıları ciddi antisanitariya vəziyyəti yaratmışdır. Bir neçə gün öncə yaranmış problemlə bağlı sakinlər ünvanımıza şifahi olaraq məlumat verdi. Əraziyə baxış keçirtdikdən sonra aidiyyəti olaraq Sumqayıt Şəhər Bələdiyyəsinə, həmçinin Sumqayıt şəhər Təmizlik departamentinə müraciət etdik. Qısa zaman aralığında sözügedən ərazi tullantılardan təmizləndi. Gələcəkdə bu problemin təkrarlanmaması üçün əraziyə tullantı yeşikləri quraşdırılması nəzərdə tutulub..

Məlumat üçün bildirək ki, baxımsızlıq ucbatından həmin ərazidə marşurut xətti fəaliyyətini dayandırmışdı. Yaxın zamanda bu problem də aradan qaldırılacaq. Operativ olaraq problemi həll etdiyinə görə həm Sumqayıt Şəhər Bələdiyyəsinə,həm də Sumqayıt şəhər Təmizlik departamentinə təşəkkür edirik. Millət vəkili olaraq sakinlərə müraciət edərək bildirmək istərdim ki, ətraf mühitin təmiz saxlanılması üçün əhali ilə marifləndirici söhbətlərə də ehtiyac var. Şəhərimizi, yaşadığımız ünvanı təmiz saxlamaq yükü həm də bizim çiyinlərimizdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31