Türkiyədə əhali piylənmədən əziyyət çəkir
26 Aprel 2013 20:58 Problemtürkiyədə 15 yaşdan yuxarı əhalinin 17 faizi piylənmədən əziyyət çəkir. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin Statistika İnstitutunun 2012-ci ilin yekunlarına dair öz saytında yerləşdirdiyi hesabatda bildirilir. məlumata görə, əhalinin 34,8 faizi artıq çəkidən əziyyət çəkir, 44,2 faizi normal faizə malikdir, 3,9 faizində isə çəki azlığı müşahidə olunur. Qadınlar arasında piylənmədən əziyyət çəkənlər 20,9 faiz, artıq çəkidən isə təxminən 30 faiz təşkil edir. Kişilər arasında bu göstərici müvafiq olaraq 13,7 və 39 faizdir. Hesabata görə, Türkiyədə 15 yaşına qədər olan uşaqların 5 faizi artıq çəkidən və piylənmədən əziyyət çəkir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31