Şahid: "Xəstəxananı pasiyentlərdən biri yandırıb"
26 Aprel 2013 13:50 Problemİlkin məlumata görə, Moskvanın Dmitrov rayonunun Ramenye qəsəbəsində psixonevroloji klinikada baş vermiş güclü yanğın nəticəsində 38 nəfər ölüb, onlardan ikisi həkimdir. Milli.Az xəbər verir ki, Podmoskovye vilayətinin sakinləri psixi xəstəxanada baş veən yanğının səbəbləri haqqında danışıblar.
"Hər şey təkəlli narkomanın oturduğu divandan başladı. Xəstəxananı elə o yandırdı. Axı təkcə sağ qalan elə odur", - Yefim Volkov adlı şahid "Life News"-un müxbirinə deyib.
Burada söhbət xəstəxananın pasiyenti 26 yaşlı Dmitri Qladkidən gedə bilər. Onu 40 yaşlı tibb bacısı Viktoriya Volkova xilas edib.
"Hər şey gecə saat 2-nin yarısı başladı. Birinci alov kiçik idi. Həyat yoldaşım dedi ki, yəqin, yenə də kabab bişirirlər. Sən demə, orada kabab bişirmirmişlər. Hər şey bu xəstəxanada müalicə olunan narkomanın oturduğu divandan başladı", - Volkov deyib.
Onun sözlərinə görə, yanğınsöndürənlər hadisə yerinə saat 4:30-da gəliblər. Rəsmi məlumatda isə yanğınsöndürənlərin 3:20-də gəldiyi deyilir.