Bakı Metropoliteni rəhbərliyi sərnişinlərdən üzr istədi
"Koroğlu" stansiyasının 2-ci yolunda sərnişin qatarında texniki nasazlıq baş verib
24 Aprel 2013 13:24 ProblemBakı Metropoliteni bu gün qataraların hərəkətində baş verən problemlə bağlı məlumat yayıb. Metropolitendən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 07:34 dəqiqədə "Koroğlu" stansiyasının 2-ci yolunda 4 saylı marşrutla hərəkət edən sərnişin qatarında texniki nasazlıq baş verib.
Sərnişinlər qatardan boşaldılıb, nasaz qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılaraq, "Nərimanov" elektrik deposuna göndərilib. 21 dəqiqədən sonra metropolitenin xətlərində qatarların normal hərəkəti bərpa olunub.
Yaranmış narahatlığa görə Bakı Metropoliteni sərnişinlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31