Tarixi şəxsiyyətlərimiz niyə təhqir olunur?

Millət vəkili bunun qarşısının qanunla alınmasını tələb edir

 "Azərbaycanda tarixi şəxsiyyətlərlə bağlı qanun layihəsinin  hazırlanmasına və qəbuluna çox böyük ehtiyac var. Bunu deyən millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, son dövrlər Azərbaycanda bir sıra mətbu orqanları, siyasi dairələr, şəxslər tərəfindən cəmiyyətdə tanınan, nüfuzu olan, Azərbaycan xalqının və dövlətinin tarixində silinməz izlər buraxan bəzi tarixi şəxsiyyətlərlə  bağlı təhqirlər, hədyanlar baş alıb gedir ki, bunlar da olduqca yolverilməzdir: "Kimisə tənqid etmək olar, amma heç kimə haqq verilməyib ki, kiminsə şəxsiyyətinə, ləyaqətinə toxunasan, xüsusilə də, tarixi şəxsiyyətlərin əleyhinə hədyanlar söyləyəsən, onlar haqqında olmazın aşağılayıcı fikirlər bildirəsən. Tarixi şəxsiyyətlər bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Onları qorumaq, onlara sahib çıxmaq bizim borcumuzdur, haqqımızdır. Özü də həmin tarixi şəxsiyyətləri təkcə yaxınları, doğmaları, əzizləri, övladları yox, bütövlükdə cəmiyyət qorumalı, müdafiə etməli, onlara sahiblənməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31