Dünyada dörd uşaqdan biri acdır

Olaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya üzrə hər dörd uşaqdan birinin yetərincə bəslənmədiyi və "gizli aclıq" keçirdiyi bəlli olub. "UNİCEF"in araşdırmasına görə, dünyada 165 milyon uşaq "gizli aclıq" təhlükəsi altındadır. Böyümələri üçün lazımınca qidalana bilməyən  uşaqlar fiziki və əqli olaraq normal inkişaf edə bilmirlər, həyatları boyunca bir çox problemlərlə üzləşirlər. "UNİCEF"in son məlumatları İrlandiya tərəfindən Dublində təşkil olunan "İqlim dəyişikliyi və aclıq" adlı beynəlxalq konfransda ictimaiyyətə açıqlanıb. Aclıq səbəbindən uşaq ölümlərinin diqqətə çatdırılmasından sonra digər aclıq qədər vacib bir məsələ uşaqların lazımınca bəslənməməsi məsələsidir. Aclıq probleminin nəticələri ölümlə çox açıq şəkildə görsənsə də, lazımınca bəslənməmənin nəticələri illər sonra özünü büruzə verir. Mütəxəssislər bu səbəbdən də lazımınca bəslənməmə problemini "gizli aclıq" adlandırırlar. Ana bətnində, yaxud 5 yaşına qədər lazımınca bəslənməyən uşaqlar yaşıdlarından fiziki və əqli olaraq geri qalırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31