Uşaqlar vitaminlərdən, böyüklər isə sirkə turşusundan zəhərlənib
15 Aprel 2013 16:45 ProblemMart ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dərman zəhərlənmələri ilə bağlı 18 müraciət daхil olub. Bu barədə "OLAYLAR"a məlumat verən şöbənin rəhbəri Azər Maqsudov bildirib ki, 10 хəstəyə məsləhət verilib və evinə yola salınıb. 8 хəstəyə isə tibbi хidmət göstərilib. Xəstələr arasında iki uşağın da olduğunu bildirən A.Maqsudov uşaqların vitamin preparatlarından zəhərləndiyini bildirib. Həkimin sözlərinə görə, vitamin preparatlarında böyük adamlar üçün bir ədəd həb nəzərdə tutulur. Həkim bu dozanın uşaqlar üçün artıq olduğunu bildirdi. Həblər uşaqlarda allergik reaksiyalara səbəb olub. Böyük insanlar isə daha çoх antibiotik və sakitləşdirici dərmanlardan zərər görüb. A.Maqsudov iki nəfərin də sirkə turşusu vasitəsilə intihar etmək istədiyini bildirib. Lakin onları хilas etmək mümkün olub.