Qubada torpaq sürüşməsi, ölən var

Qubada insan tələfatı ilə nəticələnən torpaq sürüşməsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 10-da Quba rayonunun Nügədi kəndində baş verib. "Texno-Atinak" kanalizasiya və su anbarının tikinti şirkətinin işçisi, Amsar kənd sakini Cavid Muxcanov qazıntı işləri apararkən sürüşmə nəticəsində torpağın altında qalaraq ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31