Bakıda daha bir yeni tikilən körpü çökmək üzrədir

Yol ötürücüsünün istinad divarlarında iri çatlar əmələ gəlib

Bakıda yeni istifadəyə verilmiş daha bir körpü təhlükəli vəziyyətə düşüb. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxtın Cəlil Məmmədquluzadə küçəsində inşa olunan körpüdə iri çatlar yaranıb. Çatlar körpünün istinad divarlarında daha aydın görsənir. Artıq körpüdən istifadə etmək təhlükəlidir. Körpü ağır tonlu yük maşınlarının təsirindən yürüşməyə məruz qalmaq üzrədir. Körpünün yan tərəflərindəki istinad divarları həmin sürüşmədən qabarıb və uçmaya meylli vəziyyətə düşüb. Sürücülər həmin körpünün istinad divarlarının yanından keçməyə ehtiyat edir. Amma, buna baxmayaraq körpüdə avtomobillərin hərəkəti məhdudlaşdırılmır. Hətta körpüdə ağır tonlu yük maşınları da hərəkət edir.

Xatırladaq ki, adıçəkilən körpü iki il öncə inşa edilib istifadəyə verilib. Həmin vaxta qədər ərazidə sövetlər dönəmində inşa olunan körpü var idi. Lakin körpü istismar müddətini başa vurduğundan sökülərək yerində yeni körpü-ötürücü inşa edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31