“Bank of Baku”nun girov anbarını borclu müştəri yandırıb - PROBLEM

Kreditə görə avtomobili batan vətəndaş qisas almaq istəyib

Bakının Nərimanov rayonu ərazisində "Bank of Baku" nun girov qarajı bilərəkdən yandırılıb. Bu barədə "OLAYLAR"a bankdakı mənbələrdən veriblər. Adının çəkilməsini istəməyən mənbə bildirir ki, anbar bankın keçmiş müştəriləri tərəfindən yandırılıb. Məlumata görə, bu barədə bank işçilərinə xəbərdarlıq da olunub. Mənbə deyir ki, keçmiş müştərilərin avtomobilləri bankda girov olub. Vaxtında bankın pulunu ödəyə bilməyən müştərinin avtomobili bankda batıb. Müştəri dəfələrlə bankdan əlavə vaxt istəsə də, rəhbərlik buna icazə verməyib və kredit müqaviləsi ləğv edilib. Bankın İdarə Heyətinin qərarı ilə həmin avtomobil satışa çıxarılıb. Mənbə  deyir ki, müştəri bank rəhbərliyindən xahiş edib ki, girovu başqa mülklə əvəz edib avtomobili girovluqdan çıxarıb satsın və banka qalıq kredit borcunu tam ödəsin. Amma bank bununla razılaşmayıb və 20 min manatlıq avtomobil 400 manat kredit borcuna görə batırılıb. Bank rəhbərliyinin hərəkətindən qəzəblənən müştəri avtomobilin saxlandığı anbarın ünvanını öyrəınib və anbara od vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31