Qaçqınlar adlarından sui-istifadəyə etiraz edirlər
18 Mart 2013 13:18 Problem"Hər dəfə Azərbaycanda seçkilər yaxınlaşdıqca Qərbi Azərbaycanlılar amili gündəmə gəlir. İllərlə yada salınmayan, problemlərinə göz yumulan, qaşqınlıq statusu, sosial güzəştləri ləğv edilən qaşqınlar, deportasiya qurbanları məhz bu anda yada düşür". Bu fikirləri bildirən Azərbaycan Qaçqınlar Cəmiyyətinin birinci müavini Əziz Ələkbərlinin sözlərinə görə, son zamanlar yenidən eyni prosesə start verilib: "Azərbaycanda prezident seçkilərinə aparan yol qısaldıqca həm hakimiyyət, həm də müxalifət düşərgəsində Qərbi Azərbaycan qaçqınlarına "canı yananların" sayı çoxalır. Biz bu tendensiyanı qətiyyətlə pisləyir, Vətən, Torpaq, Yurd itirmiş insanların hissləri ilə oynamağı yolverilməz hesab edirik. Seçkilərdə iştirak edib-ertməmək və ya hər hansı namizədi dəstəkləyib-dəstələməmək qərarını isə vaxtı çatanda Azərbaycan Qaçqınlar Cəmiyyətinin ali orqanı verəcək".