Bakı Dəmir Yolu Vağzalının işi iflic oldu, bilet satışı dayandırıldı
18 Mart 2013 11:03 ProblemAzərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Dəmir Yolu Vağzalında bilet satışı dayandırılıb. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə martın 18-də səhər saatlarında baş verib. Dəmir Yolu Vağzalındakı kassalar tam işin dayandırıb və bilet satışı saxlanılıb. Kassalardan bildiriblər ki, Vağzalın bilet satışı həyata keçirən kompüterləri iflic olub və bilet satışı tam dayandırılmaq məcburiyyətində qalıb. Hadisə nəticəsində Vağzalda sərnişin sıxlığı yaranıb. Təxminən səhər saat 08:00 radələrində kompüterlərin qəfil dayanması saat 10:30 radələrinə qədər davam edib. Hazırda problem aradan qaldırılmayıb.
Faktı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də təsdiqləyiblər. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov "OLAYLAR"a bildirib ki, hazırda problemin aradan qaldırılması üçün tədbirlər görülür və yaxın saatlarda problem aradan qaldırılacaq.