Gəncədə məhkəmə fiaskosu

Redaksiyamıza Gəncə şəhərindən olan 60 sakin müraciət edərək Gəncədə baş verən cinayət hadisəsində istintaqın qeyri-obyektiv aparılmasından şikayətlənib. Sakinlərin müraciətində bildirilir ki, 06.10.2011-ci il tarixdə Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yaşayan Şahin Əhmədov sərxoş halda həmin küçəyə ərzaq almaq üçün qələn Asəf Bağırovu heç bir səbəb olmadan təhqir edib. Asəf Bağırov onu sərxoş vəziyyətdə görüb "Bu təhqirləri götürməzdim, daha keçib, qardaşlarına görə bağışlayıram"-deyərək öz küçəsinə qayıdıb. 06.10.2011-ci il tarixdə saat 23-00 radələrində öz küşəsində dayandıqda  Şahin Əhmədov iki qardaşı ilə onun yanına gələrək  yenə də Asəfi küçə söyüşləri ilə təhqir edib, başından yumruq zərbəsi yetirib. Zərbədən Asəfin  başı yarılıb, üstəlik Şahin Əhmədov özü ilə gətirdiyi odlu silahı çıxararaq ona tərəf atəş açıb. Asəf kənara atıldığı ücün güllə yan keçib.

Sakinlər deyirlər ki, atəş səsinə qonşular, o cümlədən onun qardaşı Azər Bağırov özünü hadisə yerinə çatdırıb və Şahin Əhmədovun əlindən odlu silahı alıb. Asəf özünü müdafiə etmək məqsədi ilə turist bıçağı ilə Şahin Əhmədova  zərbələr yetirib. Şahinin qardaşları onları aralamaq əvəzinə Asəfin üstünə yumruqla, təpiklə atılıb, Asəf də məcburiyyət qarşısında özünü mudafiə etmək üçün qardaşlara turist bıçaqla xəsarət yetirib. Əhmədov Şahin xuliqanlıq niyyəti ilə Asəf Bağırovu öldürmək istəyib.

Sakinlər bununla bağlı Daxil İşlər Nazirliyinin yaydığı məlumatdan da narazıdırlar. Şikayətçilər deyir ki, Daxili İşlər Nazirlinin mətbuat xidmətinin məlumatına görə araşdırmalar zamanı hadisə baş verərkən Şahinin tüfəngi ilə A. Bağırovun atəş açması müəyyən edilib və onun evinə baxış zamanı oradan bir ədəd muvafiq sənədləri olmayan nomrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb: "Əhmədov qardaşlarının bu hərəkətlərinə görə heç bir hüquq muhafizə orqanı "gözünün üstündə qaşın var" deməyib. Nəzərə almayıblar ki, Şahin Əhmədov kimdir? Bu həmin Şahin Əhmədovdur ki 1986-cı ildə anadan olmuş, tüfeyli həyat keçirmiş indiyə qədər ailə qurmamış Naxçıvan MR Hərbi Məhkəməsininin 13.03.2006-cı il tarixli hökmü ilə Az.R.CM-nin 331.3-cü,339.1-ci,349.1-ci maddələri ilə təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.Həbsdən çıxdıqdan sonra da tüfeyli həyatına davam etməkdədi.Əgər onun əməllərinə düzgün hüquqi qiymət verilməsə bu şəxs çox ailələri özünün şər əməlləri ilə başsiz qoya bilər".

Sakinlər deyirlər kmi, bu cür həyat sürən Ş. Əhmədov və onun qardaşlarının yerinə Asəf Bağırov bir yana, Şahin Əhmədovun əlindən tüfəngi alan Azər Bağırov da heç bir səbəb olmadan təqsirli bilinərək həbs edilib.

Istintaq zamanı Əhmədov qardaşları zərərçəkmiş kimi tanınıblar.Asəf  Bağırov və Azər Bağırov Şahin Əhmədovun əlindən tüfəngi alan müqəssir hesab edilərək bu günə qədər həbsdədir.

Sakinlər prosesdə daha bir qanun pozuntusu olduğunu deyir. Onların sözlərinə görə, hadisə zamanı Şahin Əhmədovun sərxoş olduğu yoxlanılmayıb, narkolojı dispanserin ekspertizası keçirilməyib. Asəf Bağırovun məhkəmə tibb ekspertizasından keçirərək yalnız başında olan xəsarət göstərilib, ancaq onun bədənindəki xəsarətlərlə bağlı məhkəmə tibb ekspertizası çox təəssüf ki, düzgün keçirməyiblər. Şahinin əlindən alınan tüfəng selofan paketində Baş Polis İdarəsinə Asəfin anası tərəfindən təhfil verilib. Amma tüfəngin üzərində olan barmaq izləri ilə bağlı ekspertizası aparılmayıb, hansı istiqamətində atıldığı, yəni atəş açanın Şahin Əhmədov və yaxud Asəf Bagırov olduğu muəyyənləşdirilmədən odlu silahla atəş açılması Asəfin boynuna qoyulub.

İstintaq zamanı və məhkəmədə olan davanın 5 şahidi dindirilib. Məhkəmədə Asəf Bağırovun vəkili tərəfindən 5 vəsatət təqdim olunub. Həmin vəsatətlərdə istintaqın saxtalaşdırılması və gərəzli mövqe tutulması barəsində təkzibedilməz subutlar  göstərilib. 5 şahidin notarius tərəfindən təsdiqləmiş ərizələri və 5 vəsatət ərizə ilə Respublika Baş Prokurorunun müavini Rüstəm Usubova, Gəncə Şəhəri Ağır Cinayətlər Məhkəməsinin sədri Kəramət Əliyevə, Milli Məclisin deputatı Musa Quliyevə təqdim edilib. Göstərilən sənədlərlə ətraflı tanış olmaq üçün Ağır Cinayətlər Məhkəməsinin ittihamçısı Ceyhun Almazova  təqdim olunub: "Buna baxmayaraq məhkəmədə təqdim olunmuş vəsatətlər, hakim Zabil Qasımov tərəfindən nəinki, nəzərə alınmadı, heç oxunub səslənmədi. Təqsirləndirilən şəxslər Bağırov qardaşları etiraz edib bu ədalətsizliyə məhkəmənin qərəzli birtərəfli aparıldığıni bildirdilər və etiraz əlaməti olaraq məhkəməni tərk etdilər.  Asəf Bağırov aclıq elan edib. Ən maraqlı və təəcüblüsü odur ki Azərbaycan qanunlarına Cinayət Məcəlləsinin maddələrinə və Konstitusiya müddəalarına, Prezidentin göstərişlərinə zidd olaraq, Ağır cinayətlər üzrə  məhkəmənin ittihamçı - prokuroru Ceyhun Almazov qərəzli ittiham irəli sürüb. Asəf Bağırova 14 il 6 ay, Azər Bağırova isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmədən iş istəyib. Belə çıxır ki, yuxarıda göstərilən müraciətlərə, ərizələrə dövlət məmurları əhəmiyyət verməyiblər".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Zabil Qasımov, ittihamçı prokuror Ceyhun Almasov öz qulluq mövqeyindən sui-istifadə edərək, səlahiyyətlərini aşaraq saxtakarlığa və səhlənkarlığa yol verərək qanunvericiliyin tələblərini pozaraq Bağırov   qardaşlarının konstitusion hüquqlarına zərbə vuraraq kifayət qədər qanunsuzluq ediblər. Belə olduğu təqdirdə ortada korrupsiya cinayətinin olması da danılmazdır.

Şikayətçilər məsələ ilə bağlı prezident İlham Əliyevə,

Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz  Mehdiyevə,

Baş Prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova,

Milli Məclisin İnsan Hüquqların Komissiyanın sədri Rəbiyyət Aslanovaya,

Gəncə şəhərin İcra Hakimiyyətinin başçısı  Elmar Vəliyevə və  Ombudsman xanım Elmira Süleymanovaya müraciət edib.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31