Azərbaycanda gənc oğlanlar arasında qadınlaşma başlayıb - AÇIQLAMA
Asəf Kərimov: “Azərbaycanda gənc oğlanların geyimlərində qadın paltarlarına üstünlük verməsi tez-tez dəyişən dəblərlə bağlıdır”
12 Mart 2013 15:40 Problem"Azərbaycanda gənc oğlanların geyimlərində qadın paltarlarına üstünlük verməsi tez-tez dəyişən dəblərlə bağlıdır. Dəb kollektiv şüursuzluğa dəlalət edən məfhumdur". Psixoloq Asəf Kərimov "OLAYLAR"a açıqlamasında belə deyib. A.Kərimovun sözlərinə görə gənclər çox hallarda modanı şaye ilə eyniləşdirirlər. Cəmiyyət arasında informasiya mübadiləsinin dəyişdiyini və bu amilin insanlar arasında dəyərlərin, zövqlərin dəyişməsinə səbəb olduğunu deyən Asəf Kərimovun sözlərinə görə sovet dönəmində Azərbaycan kişisi özünün ağır xarakteri və geyimilə fərqlənirdi: "Xaricdən gələn insanlar Azərbaycan kişilərinin geyimlərində daha çox qara geyimlərə üstünlük verməsinə görə təəccüblənirdilər. Amma Avropada daha çox rəngli geyimlərə üstünlük verilir. Artıq demək olar ki, insanlar arasında kompleks hissləri də aradan qalxır. İctimai qınaq deyilən bu vəziyyət artıq dağılmaq üzrədir. Geyimlə əlaqəli komplekslər tamamilə aradan qalxır. Məsələn qadınların şalvar geyinməsinə 60-70-ci illərdə təsadüfi hallarda rast gəlmək olardı. Lakin indi bu çox adi hala çevrilib. Geyimlərdə xüsusilə bəzək aksesuarlarından istifadə etmək başqa cəmiyyətin dəyərlərini tamamilə mənimsəmək deməkdir. Bu xüsusilə gənclər arasında özünü açıq şəkildə göstərir. Çünki, həmin dönəmlərdə gənclərin şüuru o qədər də mükəmməl şəkildə formalaşmamış vəziyyətdə olur. Yetkinləşmiş insanlar isə adətən bu tip şeylərə o qədər də maraq göstərmirlər. Bu genin dəyişməsi yox, milli zövqün və dəyərlərin itməsidir. Sovet dövründə artistlərin geyimlərinə xüsusi önəm verilirdisə indi buna o qədər də əhəmiyyət verilmir. Hətta bu tip şeyləri ictimai qınağa çevirməyə də heç kimin gücü çatmır. Yalçın Rzayev, Mübariz Tağıyev kimi bizim müğənnilərimiz vardı ki, onları az hallarda rəsmi geyimlərdə görmək olardı. Adətən geyinən gənclər daha çox az sayda şəhər yerlərində yaşayırdılar. Müstəqil olduqdan sonra isə Avropaya inteqrasiya dəyərlərimizin, geyimlərimizin və zövqlərimizin dəyişməsinə səbəb oldu. Hal-hazırda informasiyaların açıqlığı məsələyə təsir edən ən mühüm amildir. Gənclərin də zövqü həmin informasiyaların əsasında formalaşır" ("OLAYLAR" İA)