Bakıda magistral su kəmərində qəza olub

Təmirlə bağlı Nobel prospekti boyunca suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı şəhəri Xətai rayonu Nobel prospektindən keçən 400 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar martın 1-də gün ərzində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlığa görə, "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31