Evlərin “icazəsizdir” deyə sökülməsi düzgün deyil
Vahid Əhmədov: “Azərbaycanda icazəsiz nəinki ev tikmək, daşı daş üstə qoymaq belə mümkün deyil”
20 Aprel 2012 18:04 Problem"Evlərin sökülməsi insanlar üçün çox ciddi problemlər yaradır. Problemin kökündə dövlət ehtiyacı olan torpaqların qiymətləndirilməsi və dəyərin ödənilməsi məsələsi dayanır". Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Sulutəpə və Keşlə qəsəbəsi ilə bağlı hazırda ciddi problemlər üzə çıxıb: "Düşünürəm ki, dövlət ehtiyacı olan torpaqların qiymətləndirilməsi və dəyərin ödənilməsi məsələsi həll olunarsa, problem də olmaz. Amma hadisələrin gedişi onu göstərir ki, bu sahədə ciddi problem yaşanır. Ona görə evlərin "icazəsizdir" deyə sökülməsi düzgün deyil. Çünki Azərbaycanda icazəsiz nəinki ev tikmək, daşı daş üstə qoymaq belə mümkün deyil.