Bakının dairəvi yolu çökür
26 Fevral 2013 11:03 ProblemBakı dairəvi yolunda, Avtovağzal tərəfdən başlayaraq ticarət mərkəzinə qədər asfalt çökməyə başlayır. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib. Oxucunun sözlərinə görə, yolun 7-ci kilometrində çatlar yaranmağa başlayıb. Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxlayıb. Mürsəliyev bildirib ki, paytaxt və respublika yolları mütəmadi olaraq təftiş edilir.
"Toplanmış bütün materiallar "Azəryolservis" ASC-nin rəhbərliyinə təqdim edilir. Asfaltda çöküntülər olanda müvafiq tədbirlər görülür. Oxucunun qeyd etdiyi yoldakı çökmə ilə bağlı isə bizdə məlumat yoxdur. Bu məsələ ilə bağlı mən müvafiq şöbəyə məlumat verəcəm", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31