İcra başçıları divar, səki sökməklə məşğuldur

Millət vəkili Sabir Rüstəmxanlı yeni təyin olunmuş bir çox İcra hakimiyyəti başçılarını ittiham edib. O bildirib ki, yeni icra başçıları ancaq əvvəklinin tikdiyini divar-səkiləri sökməklə məşğuldurlar: "Bütün Bakı narahatdır ki, nə üçün bu qazıntılar elə bu vaxta qaldı. Bütün Bakı qazılır. Bunun səbəbi nə ilə bağlıdır? Rayonlarda da təxminən eyni vəziyyətdir. Rayonlara yeni icra başçıları təyin olunanda əvvəlki başçının tikdiyi  divarın daşını söküb başqa daş yapışdırır. Bu qədər vəsaiti xərcləməyə yer yoxdurmu?"  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31