Əməkdar artistin biznesmen qohumu FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
10 Oktyabr 2018 10:53 ProblemTürkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı Mətləb Kərimov yol qəzasında vəfat edib.
Bu barədə Publika.az-a M.Kərimovun qohumları məlumat verib. Bildirilib ki, dünən səhər saatlarında baş vermiş ağır qəzada yaralanan M.Kərimov xəstəxanaya aparılarkən keçinib.
Qeyd edək ki, vəfat edən iş adamı mərhum Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru olmuş Məcnun Hacıbəyovun bacısı oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31