“Binə” bu dəfə də bilərəkdən yandırılıb?

Sahibkarlarla Kəbirə Məmmədova arasındakı münaqişə pik həddə çatıb

Fevralınm 3-də "Binə" Ticarət Mərkəzi yenidən yandırıldı. Bu dəfə bazarın daha gur alver olan ərazisi, "Dağıstan bazarı" kimi tanınan əraziyə od vuruldu. Əslində, ərazinin bu dəfə də qısaqapanmadan yandığı deyilsə də, sahibkarlar bu səbəbi bəhanə kimi qəbul edir. Sahibkarlar deyirlər ki, "Binə" Ticarət Mərkəzinin rəhbərliyi 19 yanvar aksiyasılndan sonra bütün sahibkarları sıxışdırır. Bazar müdiri Kəbirə Məmmədova sahibkarlardan qisas alır. Belə ki, Kəbirə Məmmədova aksiya zamanı sahibkarların qarşısına çıxmaq istəyib. Amma aksiya iştirakçıları onu qəbul etməyib və aksiyanı davam etdiriblər. Bu da Kəbirə Məmmədovaya xoş gəlməyib və o hadisədən sonra sahibkarlara qarşı təzyiqlərini daha da artırıb. Ona görə də, bazarda etiraz etmək istəyənlər mağazalarının yandırılması ilə qorxudulur.
Sakinlər deyirlər ki, son 3 gündə iki yanğın hadisəsi heç vaxt təsadüf ola bilməz: "Bu yanğın hadisələri ancaq "Binə" Ticarət Mərkəzində baş verir. "Binə" Ticarət Mərkəzi fəaliyyət göstərəndən bu günə qədər ən azı 50 dəfə bu bazarda yanğın hadisəsi baş verib. Bəs niyə məhz "Binə"də olur. Bizim yanımızda "Sədərək" Ticarət Mərkəzi var, "Meyvəli" Ticarət Mərkəzi var, "Karvansaray" Ticarət Mərkəzi var. O obyektlərdə niyə yanğın olmur? "Sədərək"dəki mağazalar burdan da çoxdu. Onlarda nə yanğın olur, nə də sıxışdırılmalar. Amma "Binə" Ticarət Mərkəzi fəaliyyətə başlayandan bu günə qədər hər ay yanğın, sahibkarlarla dava və sair. Heç kim də buna reaksiya vermir".

Bir sahibkara 30 min manatlıq zərbə

Sahibkarlar deyirlər ki, sonuncu yanğın zamanı obyekt sahibinə 30 min manatdan artıq ziyan dəyib. Bundan əlavə, obyekt sahibinin bir xarici avtomobili və əlavə olaraq 3 başqa sahibkarın avtomobili yandırılıb. Yandırılan avtomobillər isə mağazadan 5-10 metr aralıda olub. Necə ola bilər ki, maşınlar yanan yerdəki mağazalar yanmayıb, kənardan yanan mağazanın istisindən maşın alışır, amma içərisində paltarlar olan mağazalar yanmayıb. Çox maraqlıdır ki, heç kim də bunu qəsdən yandırılan kimi qəbul etmir: "Deyirlər ki, bir ikimərtəbəli mağaza yanıb. Amma, məlumat yalandır, bazarın bir sırasında 4-5 mağaza külə dönüb, 5-dən artıq mağaza isə qismən yanıb. Ümumilikdə 10-dan artıq sahibkara ziyan dəyib. Amma əsas birinci yanan mağaza tam yanıb, heç nə qalmayıb. Qalan mağazalarda sahibkarlar bəzi mallarını çıxara biliblər. Amma ikimərtəbəli mağaza tamamilə yanıb".

Malları yanan ticarətçilər mağazalarına buraxılmır

Sahibkarlar deyirlər ki, yanğından sonra nəinki sahibkarlar, mağaza sahibləri də əraziyə buraxılmır. Kəbirə Məmmədovanın tapşırığı ilə mağazaların ətrafı mühasirəyə alınıb ki, heç kim əraziyə daxil ola bilməsin: "Bazarın qoluzorluları hamısı həmin ərazidə toplaşıb, heç kimi buraxmırlar. Ərazidə yanğın söndürüləndən sonra obyekt sahibləri mallarına baxmağa getsələr də, Kəbirə Məmmədovanın adamları dərhal onları ərazidən uzaqlaşdırıblar. İndi onlar bilmirlər ki, nə qədər malları yanıb, nə qədəri qalıb. Biabırçı vəziyyətdir, bəlkə də qalan mallar da oğurlanıb. Haçan yaxına gedirsən qaytarırlar geri, deyirlər ki, guya ərazidə araşdırma aparılır. Əslində heç nə aparılmır. Sadəcə sahibkarları yaxına buraxmırlar ki, hadisə yerində iz tapılar. İzi itirəndən sonr bizi buraxacaqlar ora, o da gec oalcaq. Artıq mal yanıb, qalanı da oğurlanıb. İkimərtəbəli mağazada heç nə qalmayıb, bilinmir yanıb, yoxsa oğurlanıb".

"Dağıstan bazarı" kassa aparatına görə yandırılıb?

Sahibkarlar iddia edirlər ki, bu dəfəki yanğın da bazarda kassa aparatlarının quraşdırılması ilə bağlı olub. Sahibkarlar deyirlər ki, son günlər Kəbirə Məmmədovanın adamları mağazalardan kassa aparatlarının pulunu tələb edirlər ki, obyektlərin hamısı ayrıca vergi versin. Kassa aparatılarının baha olması isə sahibkarlar arasında yenidən narazılığa səbəb olub. Bu da Kəbirə Məmmədovanın adamlarının özbaşınalıq etməsilə nəticələnib: Heç kim baha qiymətə kassa aparatı almaq istəmir. Çünki, həmin aparatlar bizə iki qəfədən artıq baha qiymətə təklif olunur. Kəbirə Məmmədova bu pulu bizdən məcburi almaq istəyir. İki gün öncə Kəbirə Məmmədovanın adamları "Dağıstan bazarı"ndan pul yığmağa başladı ki, kassa aparatları quraşdırılsın. Oradakı sahibkarılar etiraz etdilər ki, onlar kassa aparatlarını "Sədərək" Ticarət Mərkəzinmdən ucuz qiymətə alacaqlar. Ona görə də, Kəbirə Məmmədova onlardan qisas aldı. Kəbirə Məmmədovanın yanında kim "Sədərək" Ticarət Mərkəzinin adını çəkirsə, bazarkom onunla düşmən olur. Kəbirənin adamları ya həmin adamı döyür, ya mağazasının qarşısını kəsir ki alveri getməsin, ya da nəsə bir təzyiq edirlər. İki gün öncə bazarda iki sahibkar vəhşicəsinə döyüldü. Amma bu hadisə nə araşdırıldı, nə də Kəbirə Məmmədovanın qoçuları barədə tədbir görüldü. Bunlar nə bilirlər onu da edirlər. Ona görə də gah mağaza yandırırlar, gah sahibkarları şərləyib pullarını alırlar, gah adam döyürlər. Kəbirə Məmmədova da deyib ki, etiraz edən sahibkarı ölüncə döyün, qanını batıracam, Bu biabırçılıqdı. Belə nə işləmək olmur, nə dolanmaq".

"Binə"dəki sahibkarlar "Sədərəy"ə gedirlər

Sahibkarlar bildirilər ki, bir neçə gün əvvəl yandırılan anbarlar da bilərəkdən yandırıldığından işin üstü bağlandı. İndi də bu işi bağlamaq istəyirlər: "Sahibkarların hamısı nəzarətdə saxlanılır ki, kim Kəbirə Məmmədovaya qarşı söz işlətsə dərhal döyülsün, bazardan çıxarılsın. Ona görə də heç kim heç nə deyə bilmir. Amma belə getməyəcək. Belə getsə "Binə" Ticarət Mərkəzində heç kim qalmayacaq. Sahibkarlar hamısı kütləvi halda "Sədərək" Ticarət Mərkəzinə gedir. Çünki, ora həm sakitçilikdi, həm də normal alver gedir. "Binə"də sahibkatr bir ildə qazandığını bir gündə itirir. Amma "Sədərək"də tam qanunauyğun alver gedir, iş rejimi var. Orda sahibkarlarla rəftar da normaldır. Ona görə də, "Binə"də alver etmək mümkün deyil. "Sədərək"də sahibkarlara tam normal mühit formalaşıb, istədiyin vaxt rəhbərliklə görüşüb problemini həll edə bilirsən. "Binə"də isə hələ heç bir sahibkar deyə bilməz ki, Kəbirə Məmmədova onu normal qəbul edib problemini həll edib. Artıq mağazaları yandırılan sahibkarlar "Sədərək"də mağazalar götürüb işləyirklər. Onlar "Binə"dən birdəfəlik əl çəkib. Qalan sahibklarlar da hamısı orda yer axtarır. Mağaza tapansahibkar dərhal ora üz tutur".

Samir

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31