Ehtiyatlı olun: qorxunc qatil qayıdır

"Donuz qripi" (Swine influenza, H1N1) kimi tanınan çox ağır və təhlükəli qrip ştammı dünyanın müxtəlif ölkələrində yenidən yayılmağa başlanıb.  Milli.Az bildirir ki, Türkiyədə "donuz qripi"nə yoluxma ilə bağlı yeni faktlar qeydə alınıb. Kanal D telekanalı bildirir ki, son 3 gündə 8 yoluxma olub. European bildirir ki, Kosovoda da H1N1 virusuna yoluxanların sayı artır. "Donuz qripi" virusuna yoluxma diaqnozu ilə xəstəxanaya aparılan 37 yaşlı qadın vəfat edib.
Priştina Universitetinin xəstəxanasının infeksiologiya bölməsində hazırda 29 nəfər "donuz qripi"ndən müalicə olunur.
UPA-nın məlumatına görə, Bolqarıstan, Polşa, Çexiya, Almaniya və daha 6 Avropa ölkəsində də "donuz qripi" virusuna yoluxma faktları qeydə alınıb.
"Qorxunc qatil" adlandırılan təhlükəli qrip ştammı bu gün İranda, habelə Rusiyanın cənub bölgələrində də qeydə alınıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31