Gecədən başlayan yağış Bakını suya qərq edib VIDEO
Bəzi küçələrdə yağış xətlərinin olmaması vəziyyəti qəlizləşdirib
29 Yanvar 2013 17:24 ProblemGecədən başlayan yağış paytaxtı suya qərq edib. Keçilməz gölməçələr Bakını bəzəməyə başlayıb. Adından çox problem gətirən yağış sürücüləri də çətinliklərlə üz-üzə qoyub. Üstəlik bəzi küçələrdə yağış xətlərinin olmaması vəziyyəti bir qədər də qəlizləşdirib.
Artıq bir neçə gündür ki, ölkədə hökm sürən mülayim hava şəraitindən sonra temperatur yenidən aşağı düşdü və paytaxt da daxil olmaqla bölgələrdə yağıntı müşahidə olunmaqdadır. Yağıntının paytaxta nə qədər yaraşdığını deyə bilmərik. Bir o dəqiqdir ki, bir az yağış yağan kimi yaranan problemləri saymaqla bitməz. Xüsusilə də bu cür hava şəraitində ən acınacaqlı vəziyyəti yollarda müşahidə etmək mümkündür. Yağış xətlərinin olmaması ucbatından hər dəfə yağış yağanda, paytaxtın bir sıra küçələrində irili-xırdalı gölməçələr yaranır. Yaranan gölməçələrsə heç şübhəsiz onların içi ilə şütüyən avtomobil sürücülərinə çətinliklər yaradır.
Soyuq, yağışlı hava şəraitində sağlam cana da xusisi diqqət yetirmək lazımdır. Bugünkü müşahidələrimiz onu göstərdi ki, kim buna əməl edib, papaq, şərfə bürünüb, kimi də çətirlə yağışın sərt damlalarından özünü qorumağa çalışıb.
O ki qaldı havanın bu gün və növbəti günlərdə necə olacağına ETSN-in Milli Hidrometeoroloğiya şöbəsinin hidrometereoloqu Asif Verdiyev bildirdi ki, bu gün də daxil olmaqla, növbəti 3 gün ərzində ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir.