Bakıda 2400 ailə yaşayan kompleksdə həyat dayanıb

Qışın ortasında sakinlər soyuqdan donur, susuz qalıblar. Bakının Sabunçu rayonu ərazisində böyük yaşayış kompleksində həyata dayanıb. Sakinlərin Milli.Az-a verdiyi məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaşar Əliyev küçəsi, 2595 ünvanında yerləşən 8 binadan ibarət olan kompleksə elektrik enerjisinin verilişi daynadırılıb. Elektrik enerjisinin olmaması isə qazı olmayan və 2400 ailənin yaşadığı bir binada insanların susuz və istiliksiz qalması ilə nəticələnib. Məsələ ilə bağlı "Bakıelektrikşəbəkə"nin ictimaiyyələ əlaqələr mərkəzinin rəhbəri Tanrıverdi Mustafayev Milli.Az-a bildirdi ki, həmin kompelksin elektrik enerjisi ilə bağlı borcu var. MTK rəhbərliyinə xəbərdarlıq edilsə də, ayın sonu olmasına baxmayaraq pul ödənişləri olmayıb. Buna görə də elektrik enerjisinin verilişi dayandırılıb. T.Mustafayev qeyd etdi ki, yeni tikilən binalarda hər ayın sonu belə problemlər olur: "MTK rəhbərləri "Bakıelektrikşəbəkə"yə olan borcunu vaxtında ödəsin. Onlara əvvəlcədən xəbərdarlıq edilir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31