"Papanin"in qazı kəsildi - PROBLEM VIDEO
Sakinlər deyir artıq bir aydan yuxarıdır ki, telefon xətləri də kəsilib
24 Yanvar 2013 17:39 ProblemHamının Papanin kimi tanıdığı ərazinin bəzi hissəsində yaşayış evləri metro tikintisi ilə əlaqədar sökülür. Amma hələ sökülməyən evlər var ki, onların da gah qazı-işığı gah da ki, suyunu kəsirlər. Dünən gecədən də söküntü aparılan ərazidə yaşayış olan 20-dən çox evin qazı dayandırılıb. Sakinlər fikirləşir ki, qazı ona görə dayandırıblar ki, biz məcbur olub burdan çıxaq.
Sakinlər deyir artıq bir aydan yuxarıdır ki, telefon xətləri də kəsilib. Bu da süni əngəl hesab edilir.
Qeyd edək ki, sakinlər qanuni kompensasiyanın ödənilməyəcəyi təqdirdə evlərindən çıxmayacaqlarını bildirirlər. Bu səbəbdən evlərində yaşayana qədər onlara su-işıq kimi mavi yanacaq da lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31